Texniki imkan olduqda əlavə telefon çəkilməsinə məhdudiyyət qoyulmur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda əksini tapıb.
Yeni mülkiyyətçilərin adına nömrələr yenidən qoşulur. Yenidən qoşulma haqqı ödənildikdə telefonlar fəaliyyət göstərir. Nömrə dəyişdirilməsi yalnız texniki səbəblərdən mümkündür. Bu halda abunəçi 10 gün əvvəl məlumatlandırılır. Avadanlığın istifadəsi abunəçinin razılığı ilə davam edir. Xidmət şəbəkədən ayrılma müraciətinə əsasən dayandırılır.