Tovuzda qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib və bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və Səbuhi Hacızadə Mətanət Hacızadəni bıçaqlayaraq öldürüb.

Səbuhi Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilib.  Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində ağacdan asılı halda aşkarlanıb.

Onların 3 azyaşlı oğlu var.

Tovuz rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki,  oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.