“Yabancı damat” serialındakı “Memik Dədə” obrazı ilə yaddaşlarda qalan türkiyəli aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Bildirilib ki, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Arif Erkin Güzelbeyoğlu “Bizimkilər”, “Doxsanlar”, “Sevgili Ailəm” və “Möhtəşəm Yüzyıl” kimi məşhur seriallarda da rol alıb.