Səyyar xidmətlər üçün xüsusi nəqliyyat vasitələri istifadə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili Qaydaları”nda əksini tapıb.

Regionların əhali sayı və iqlim şəraiti nəzərə alınaraq xidmət qrafiki hazırlanır.

Avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri xidmət məkanlarına yerləşdirilir.

Xidmət qrupunun tərkibi və rəhbəri Şöbə tərəfindən təsdiqlənir.

Qrup üzvləri dövlət qurumlarının əməkdaşları və texniki heyətdən ibarətdir.

Xidmət ərazisi mediada elan olunur.

Sifarişçilər elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçir.

Sənədlər yerində yoxlanılır və lazım olduqda aidiyyəti quruma göndərilir.

Saat 10:00-da başlayan xidmət 18:00-da başa çatır və nahar fasiləsi müəyyən edilir.