Ekspertiza ölkə və iqtisadiyyat sahələri üzrə layihələri əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
İstehsal, ticarət, ictimai iaşə və infrastruktur obyektlərinin layihələri də ekspertizaya daxildir.
Yeni texnologiya və materialların yaradılması, idxalı və ixracı sənədləri də qiymətləndirilir.
Ərazilərin bərpası proqramları və fövqəladə ekoloji vəziyyətlərin əsaslandırılması sənədləri ekspertizaya təqdim olunur.