İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasından əvvəl və ya eyni vaxtda keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Təşkilatçılar 5 gün əvvəl Agentlik və yerli orqanları məlumatlandırmalıdır.
Ekspertiza açıq keçirilir və vətəndaşlar iştirak edə bilirlər.
Müzakirələrdə iştirak edənlər öz rəyini bildirə bilər.