Fərqli zonaların elektrik qurğuları yalnız müvafiq normativ sənədlərə əsasən layihələndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Dəhliz və digər məkanlarda işıqlandırma idarəçiliyi mərkəzləşdirilmiş olmalıdır.

Qəza işıqlandırmasının idarəsi isə dispetçer otağından mümkün edilməlidir.

Kompleksin xarici işıqlandırılması məsafədən idarəetməyə malik olmalıdır.