Oktyabrın 13-də Beyləqanda baş vermiş yol qəzasında xəsarət alan 1996-cı il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, o, Bakı şəhərində müalicə üçün göndərildiyi xəstəxanalardan birində dünyasını dəyişib.

 

Qeyd edək ki, rayonun Birinci Şahsevən kəndi ərazisində idarəetməni itirərək yol kənarına aşan “LADA” markalı minik maşınında aldığı xəsarətlər nəticəsində omum qardaşı Elvin Həşimov da ölmüşdü.