Qrup rəhbəri səyyar xidmətlərin icrasına rəhbərlik edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili Qaydaları”nda əksini tapıb.

O, qrup üzvləri ilə əlaqə saxlayır və tapşırıqlar verir.

Səyyar xidmətdə iştirak edən könüllülərlə görüş keçirir və təlim keçirir.

Rəhbər xidmətin icra müddətinə və sənədlərin hazırlanmasına nəzarət edir.

Problemlər barədə Şöbəyə məlumat verir.

Hesabatların hazırlanaraq göndərilməsini təmin edir.

Xidmət üçün avadanlıqların təmin olunmasına nəzarət edir.

Xidmət ərazisinin təmizliyini və təhlükəsizliyini təmin edir.

Hər hansı fövqəladə hallar zamanı qərar verir və tədbirlər görür.