Abunəçi aylıq abunə haqqı ödəyir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda əksini tapıb.

Ölkədaxili danışıq haqqı ayrıca hesablanır. Beynəlxalq danışıq üçün xüsusi ödənişlər müəyyən edilir. Taksofon və faks xidmətləri də ödənişlidir. “107” sifariş xidməti üçün ayrıca tariflər tətbiq olunur. Rəqəmli kanalların istifadəsi üçün operatorun tarifləri nəzərə alınır. Abunəçilər xidmət haqqını ödədikdə normal və davamlı xidmət alırlar.