I–IV sinifli təzyiqli hidrotexniki qurğular üçün qəzaların baş vermə ehtimalı müəyyən edilmiş normativ dəyərləri keçməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.
I sinif qurğularda qəza ehtimalı 5∙10⁻⁵/il, II sinifdə 5∙10⁻⁴/il qəbul edilir. III sinifdə 2,5∙10⁻³/il, IV sinifdə isə 5∙10⁻³/il səviyyəsindədir. Bu göstəricilər təhlükəsizlik standartlarının əsasını təşkil edir.
