Texniki rəhbər səyyar avtobus və avadanlıqların yerləşdirilməsinə cavabdehdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili Qaydaları”nda əksini tapıb.
O, avadanlıqların xidmətə yararlı formada qurulmasını təmin edir.
Elektrik və internet bağlantısına nəzarət edir.
Avtobus və avadanlıqların mühafizəsini təşkil edir.
Xidmət ərazisinin təmizliyinə nəzarət edir.
Ləvazimatların təmin olunması üçün qrup rəhbərinə məlumat verir.
Texniki problemlər barədə qrup rəhbərinə məlumat verir.
Əməyin mühafizəsi tədbirlərini həyata keçirir.
Xidmətin fasiləsiz icrasını təmin etmək üçün əlavə texniki tədbirlər görür.
