Ticarət-əyləncə komplekslərində sanitariya və epidemioloji normalar ciddi şəkildə tətbiq edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Buraya səs-küy səviyyəsinin azaldılması və havalandırma tədbirləri daxildir. İctimai yerlərdə əlillər üçün əlçatanlıq da təmin olunmalıdır. Zoopark zonalarının yaradılmasına isə icazə verilmir.