50-dən çox insanın toplaşa biləcəyi komplekslərdə antiterror mühafizə tədbirləri nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Layihələrdə mühəndis-texniki və rejim tədbirləri xüsusi yer tutur.

Ərazidə postlar radiomüdaxilə cihazları və partlayışdan mühafizə vasitələri ilə təmin edilməlidir.

Dozimetrlər, yoxlama güzgüləri və digər avadanlıqlardan da istifadə olunmalıdır.