Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Zabrat qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında 2018-ci il təvəllüdlü övladı ilə “BMW” markalı avtomobilə oturub, həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.
U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.