
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.
Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.