Komplekslərdə tullantıların saxlanması, daşınması və təmizlənməsi qanunvericiliyə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Böyük obyektlərdə vakuumlu toztəmizləmə sistemi qurulmalıdır. Daha kiçik obyektlərdə isə bu məsələ layihə tapşırığı ilə müəyyən edilir. Məqsəd həm ekoloji, həm də sanitariya baxımından təhlükəsizliyi təmin etməkdir.