Ticarət-əyləncə komplekslərində uşaq oyun zonalarının yaradılmasına icazə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Oyun zonaları yalnız asudə vaxt keçirmək üçün nəzərdə tutulacaq, qidalanma və yatma təmin edilməyəcək.

Bu zonaların layihələndirilməsində yanğın təhlükəsizliyi tələbləri xüsusi olaraq nəzərə alınmalıdır.

Qayda uşaqların təhlükəsiz və sağlam mühitdə əylənməsini hədəfləyir.