Fövqəladə hallarda insanların təxliyəsi xüsusi idarəetmə sistemi vasitəsilə təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu sistem təxliyə yollarında bağlı qapıların avtomatik açılmasını nəzərdə tutur.
Eyni zamanda, təxliyə yolları elektron məlumatlandırma vasitələri ilə təchiz edilməlidir.
Elektrik lampaları isə müstəqil enerji mənbəyindən işləməlidir.
