Fövqəladə hallarda təxliyənin idarəolunma sistemi təhlükəsizlik təminatına daxil edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Sistem bağlı vəziyyətdə olan qapıların avtomatik açılmasını təmin etməlidir.

İnsanların hərəkət istiqamətləri barədə məlumatlandırılması vacibdir.

Təxliyə yolları işıqlandırma və elektron məlumat vasitələri ilə təchiz edilməlidir.