İctimai ekspertiza zamanı mütəxəssislərin və vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri müzakirə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Müzakirələr əsasında ictimai ekspertiza rəyi hazırlanır.
Rəy ən geci 3 iş günü ərzində Agentlik və digər orqanlara təqdim olunur.
Habelə nəticələr media vasitəsilə ictimaiyyətə çatdırılır.