Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasına aparılıb.

Heftelik.az xəbər verir ki, Nikola həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb.

Daha sonra Sarkozi La Sante onu həbsxanaya aparacaq avtomobilə əyləşib.

Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq.

Nikola sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.