Qrup üzvləri qrup rəhbərinin tapşırıqlarını yerinə yetirirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili Qaydaları”nda əksini tapıb.

Xidmət zamanı müraciət edən şəxslərə lazımi dəstək göstərirlər.

Xidmətin düzgün və vaxtında icrasına nəzarət edirlər.

Xidmət zamanı yaranan problemləri dərhal qrup rəhbərinə bildirirlər.

Geyim və davranış qaydalarına riayət edirlər.

Xidmətləri nəzakət və obyektivlik prinsipləri əsasında həyata keçirirlər.

Müəyyən olunmuş vaxtda xidmət məkanında olurlar.

Zərurət yaranarsa əlavə işləri icra edirlər.

Səyyar xidmətin keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif təlimlərə cəlb olunurlar.