“Əl-Nəsr”in 40 yaşlı portuqaliyalı  hücumçusu Kriştianu Ronaldonun 15 yaşlı oğlu Ronaldo Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına ilk dəvətini alıb.
Heftelik.az  “Unikal”a istinadla xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının gənclərdən ibarət “Əl-Nəsr” komandasında çıxış edən kiçik Kriştiano Ronaldo Türkiyənin Antalya şəhərində keçiriləcək Federasiya Kubokunda çıxış edəcək.
Portuqaliya millisi turnirdə Türkiyə (30 oktyabr), Uels (1 noyabr), İngiltərə (4 noyabr) ilə qarşılaşacaq.