Seçici siyahısı təsdiq edildikdən sonra vətəndaş rəsmi sənədlər və ya səsvermə vəsiqəsi əsasında siyahıdan çıxarıla bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Bu barədə seçiciyə məktubla məlumat verilir.

Siyahıdan çıxarılma tarixi və səbəbi qeyd olunur. Bu fakt məntəqə seçki komissiyasının sədri və katiblərinin imzası ilə təsdiq edilir. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verildikdə isə onun verilməsi də təsdiq olunur.