Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili üçün Təlimat hazırlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da əksini tapıb.
Təlimat Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericiliyə uyğun olaraq hazırlanıb. Baş idarə və regional ədliyyə idarələrinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət vəzifələrini yerinə yetirmə qaydalarını müəyyən edir. İnzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda həyata keçirilir.
