Yeraltı və yerüstü mərtəbələrin pilləkən və lift şaxtaları 3-cü yerüstü mərtəbədən yuxarı olmamaqla layihələndirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Yeraltı mərtəbələrin sayı 2 və ya daha çox olduqda pilləkən qəfəsləri tüstülənməyən, lift şaxtaları isə hava basqılı olmalıdır. Bu pilləkən qəfəsləri təxliyə pilləkəni hesab olunur. Birbaşa xaricə çıxış ən azı iki çıxışı olan vestibülə aparılmalıdır.
