Çoxfunksiyalı binaların sahəsi, tikinti həcmi, mərtəbə sayı və hündürlüyü xüsusi qaydalara əsasən müəyyən olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Yeraltı hissələr kürsülük və zirzəmi tələblərinə uyğun layihələndirilməlidir. Normada göstərilən hündürlük və dərinlik hədlərini aşan layihələr xüsusi texniki şərtlərlə hazırlanır. Əlilliyi olan şəxslər üçün uyğunlaşdırma tələblərinə ciddi əməl edilməlidir.