Mərkəzə yeni qəbul edilmiş əcnəbilər sanitar-epidemioloji normalara uyğun tibbi müayinədən keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Eynicinsli şəxslər tərəfindən sanitar təmizləmə aparılır. Müvafiq paltar təmin edilmədikdə əcnəbilər iqlim və insan ləyaqətinə uyğun paltarla təmin edilir. Kişilərin razılığı ilə kompleks sanitar təmizləmə zamanı saç və saqqalları qırxılır.
