İstismar prosesində ekologiyaya ciddi təsir göstərən hidrotexniki qurğuların layihələrində su, yerüstü və hava ekosistemlərinin monitorinqi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.
Layihədə qəbul edilmiş təbiəti mühafizə tədbirlərinin təsirliliyi qiymətləndirilməlidir. Monitorinq tikinti başlandığı mərhələdən sabitləşmə dövrünə qədər aparılmalıdır. Proqnozların yoxlanması və korrektirovkası təmin edilməlidir.
