Bu Qaydalar dövlət qurumları tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı məsələləri tənzimləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”-da əksini tapıb.
Qaydalar mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan hüquqi şəxslər və digər büdcə təşkilatlarına şamil olunur. Elektron xidmətlərin göstərilməsində iştirak edən digər qurumlar da bu Qaydalara riayət etməlidirlər. Qaydalar həmçinin əsas anlayışları və terminləri açıqlayır.
