Görüşə gəlmiş şəxs görüş üçün Qaydalarla müəyyən edilmiş formada ərizə yazır və qadağan olunmuş əşyaların Mərkəzdə saxlanılan əcnəbilərə verilməsinin məsuliyyətə səbəb olacağı barədə məlumatı imzalayır.

Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Bir neçə şəxs gəldikdə, hər birinin adı, soyadı və sənəd məlumatları ərizədə göstərilir və imza atılır. Ərizə görüş otağına təhkim edilmiş nəzarətçiyə təqdim edilir. Nəzarətçi əvvəlcə əcnəbinin görüş almaq hüququnu yoxlayır, sonra ərizənin düzgünlüyünü təsdiqləyir.