İcraçılar tərəfindən ərazilərin təhlükədən azad edilməsi ilə bağlı bütün tədbirlər üzrə hesabatlar Agentliyə təqdim olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Sahənin təhlükədən azad edilməsi tamamlandıqda Agentlik sertifikat tərtib edir.
Sertifikat sifarişçiyə təqdim olunur və ərazinin təhlükəsizliyini təsdiq edir.
Sənədlərdə sertifikatın adı, nömrəsi, tarixi və ərazi haqqında ətraflı məlumat yer alır.