Mövsümi sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, ərzaq məhsullarının qəbulu müvafiq dövlət sanitariya nəzarəti orqanlarının qərarı ilə müvəqqəti dayandırıla bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Mərkəzdə saxlanılan əcnəbilərin sovqatlarında qadağan olunmuş əşyalar aşkar edilərsə, onlar protokolla götürülür və ya məhv edilir. Məhv edilən əşyalar barədə qərar əcnəbinin şəxsi işinə əlavə olunur. Sovqat yalnız müəyyən hallarda (məsələn, əcnəbi azad olarsa) qəbul olunmur və qaytarılır.