Bu Normalar yeni tikilən, yenidənqurulan, istismarda olan, əsaslı təmir olunan, konversiya və ləğv edilən çay, göl və dəniz hidrotexniki qurğularına şamil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hidrotexniki qurğular. Əsas müddəalar”-da əksini tapıb.

Normalar mülkiyyət formasından asılı olmayaraq bütün növlərə və siniflərə tətbiq olunur. Qanunvericiliyə uyğun olaraq bu Normalar hidrotexniki qurğuların təhlükəsizliyini təmin edir. Məqsəd insan həyatı, əmlak və ətraf mühitin qorunmasını təmin etməkdir.