Mərkəzə yeni qəbul edilmiş əcnəbilər tibbi müayinədən və sanitar təmizləmədən keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Əcnəbilər münasib paltarlarla təmin edilir, zərurət olduqda saç və saqqalları qırxılır. Tibbi müayinə nəticələri müvafiq qeydiyyatda əks olunur. Mərkəzin tibbi kitabçası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.