Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər hər gün gündəlik gəzintiyə çıxarılmaq hüququna malikdirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Gəzintilər gün bölgüsünə uyğun və yalnız gündüz vaxtı həyata keçirilir. Hamilə və ya yanında 3 yaşadək uşağı olan qadınlar üçün gəzinti müddəti 5 saatdan az olmamalıdır. Yetkinlik yaşına çatmayanlar üçün gəzinti müddəti isə 4 saatdan az deyil.