Fiziki və hüquqi şəxslərin bələdiyyə tərəfindən hüquqlarına ziyan vurulduğunu iddia etdiyi müraciətlər üzrə inzibati nəzarət icraatı başlanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da əksini tapıb.
Müraciət ərizəçinin hüquqlarının pozulduğu və ya məlum olduğu gündən 6 ay ərzində verilməlidir. Baş idarə və ya İdarəyə daxil olan müraciət kargüzarlıq xidmətində qeydiyyata alınır. Dərkənar qoyulması üçün müraciət Baş idarənin və ya İdarənin rəisinə təqdim edilir.
