Partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatları mütəxəssislər tərəfindən SƏP-ə uyğun həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Əməliyyat yalnız Agentliyin nəzarəti altında icra olunur.
Müvafiq dövlət orqanları təhlükəsizlik risklərini qiymətləndirərək iştirak edə bilər.
Fiziki və hüquqi şəxslər isə yalnız Agentliyin icazəsi ilə əməliyyata cəlb olunur.
