Çoxfunksiyalı binalarda mühəndis avadanlığının avtomatlaşdırma və dispetçerləşdirilməsi sistemi vahid şəkildə tövsiyə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.
Sistemin idarə edilməsi həm binada, həm də xaricdə yerləşən dispetçer otağından həyata keçirilə bilər. Sistem modul prinsipinə uyğun qurulmalı və əlavə siqnalların işlənməsi üçün çevik olmalıdır. Dispetçer pultuna yeni zonalar və idarəetmə elementləri daxil edilə bilər.
