Vestibüllərə, liftlərə və mənzillərə əlillərin sərbəst daxil olması vacibdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Çoxfunksiyalı binalar və komplekslər. Layihələndirmə normaları”nda əksini tapıb.

Döşəmə səviyyə fərqləri olan yerlərdə pandus və qaldırıcı qurğular quraşdırılmalıdır. Qaraj və dayanacaqlarda əlil şəxslərə məxsus avtomobillər üçün yerlər ayrılmalıdır. Memarlıq-planlaşdırma həlləri onların yaşayış mühitini tam təmin etməlidir.