İnzibati nəzarət bələdiyyələrin müstəqil fəaliyyətini məhdudlaşdıra bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da əksini tapıb.

Müdaxilə qanunda nəzərdə tutulmuş məqsədə mütənasib olmalıdır. Bələdiyyələrin komissiyaları və seçicilər inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. Zərurət yarandıqda ekspertlər və mütəxəssislər araşdırmaya cəlb edilə bilər.