Mərkəzdə məcburi yerləşdirilmiş əcnəbilərə yaxın qohumlarına və əlaqədar şəxslərə zəng etmək şəraiti yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Telefonla zəng hüququ müdafiəçi ilə əlaqə halları istisna olmaqla, təhlükəsizlik məqsədilə məhdudlaşdırıla bilər. Məhdudlaşdırma qərarından şikayət vermək mümkündür. Qərar yalnız yazılı razılıq əsasında icra edilir.