Sertifikat minatəmizləmə əməliyyatının əsasını, sahələrin adını və icraçını göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinə dair Tələblər”ində əksini tapıb.
Habelə sahədəki obyektlər, keyfiyyətə nəzarət tədbirləri və aşkar edilmiş partlayıcı sursatlar sertifikata daxil edilir.
İcraçı və keyfiyyət nəzarətini həyata keçirən qurum haqqında məlumat da sənədlərdə əks olunur.
Sertifikata əlavə qeydlər də daxil edilə bilər.
