Bələdiyyələr qəbul etdikləri aktları 3 iş günü ərzində informasiya sistemində yerləşdirməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da əksini tapıb.
Daxil olan akt kargüzarlıq xidmətində qeydiyyata alınır və Baş idarə və ya İdarə rəisinə təqdim olunur. Bakı şəhəri üzrə aktlar Baş idarəyə, regionlarda isə İdarəyə təqdim edilir. Aktların normativ hüquqi aktlara uyğunluğu 15 iş günü ərzində yoxlanılır, əlavə araşdırma tələb olunarsa 30 iş gününə qədər uzadıla bilər.
