Bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbilərin bağlamaları anbara təhvil verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Əcnəbinin otaqda saxlanma müddəti başa çatdıqda bağlamalar ona təqdim edilir. Əcnəbilər yaxın qohumlarına bağlama göndərmək hüququna malikdirlər. Poçt, bank və digər yerlərdə bu hüquqlar Mərkəzin rəhbərliyi və işçilərin müşayiəti ilə həyata keçirilir.
