Gəzinti üçün Mərkəzin mühafizə olunan ərazisində xüsusi həyətlər nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Əlverişsiz hava şəraiti, fövqəladə hallar və ya təbii fəlakət zamanı gəzinti ləğv edilə bilər. Gəzinti yerləri oturacaqlarla (skamyalarla) təchiz olunur. Üst hissələri gündən və yağışdan qorunmaq üçün dam örtüyü ilə bağlanır.