Görüşə gəlmiş şəxslərin üst-başı və əşyalarına baxış keçirilir və eyni cinsdən olan nəzarətçi tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.

Qadağan olunmuş əşyalar aşkar edilərsə, protokol tərtib olunur və tədbirlər görülür. Baxışdan imtina edən şəxslərə görüş icazəsi verilmir. Qadağan olunmuş əşyaları gizlətməyə cəhd edən şəxslərə qanuni tədbirlər tətbiq olunur.