Repetitorluqla bağlı təkliflərimizi hazırlamışıq.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
“Təkliflər yaxın günlərdə təqdim ediləcək. Bu məsələni nə dərəcədə həll edə biləcəyik, indidən söyləməkdə çətinlik çəkirəm. Təhsil müəssisələrimizin optimallaşdırılması, müəllimlərimizin əməkhaqqı yükünün onların dərs saatlarına deyil, iş saatlarına uyğun olaraq müəyyən edilməsi kimi təkliflər eyni zamanda repetitorlarla bağlı məsələyə də öz təsirini göstərəcək”, – deyə nazir müavini bildirib.
