
Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.
Heftelik.az-ın Report-a istinadən xəbər verir ki, o, avtoyuma məntəqəsinin işçisi ilə mübahisə zamanı ona xəsarət yetirməkdə təqsirləndirilir.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Xatırladaq ki, Zabil Qəhrəmanov Nərmin işi üzrə təqsirli bilinərək həbs olunan İlkin Süleymanovun vəkili olub.
***
saat 14.01
Gəncədə tanınmış vəkil saxlanılıb.
Heftelik.az APA-ya nistinadən xəbər verir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.
Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.
Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
